“Amerika regionda hərbi mövcudluğunu gücləndirir. ABŞ Hərbi Dəniz qüvvələrinin (HDQ) üçüncü esminesi Aralıq dənizinin şərqinə daxil olub və ikinci aviadaşıyıcı zərbə qüvvəsi Ərəbistan dənizinə doğru irəliləyir”, - qəzet bildirir.
Pentaqon bu addımların sırf müdafiə xarakteri daşıdığını, lakin onların həm də ABŞ-yə İsrailin hücumlarına qoşulmağa və ya İranın güzəştə getməsi üçün ona təzyiq göstərməyə imkan verdiyini vurğulayır.
Eyni zamanda, məlumatylı mənbələrə istinad edən “Bloomberg” agentliyi ABŞ-nin yüksək vəzifəli məmurlarının yaxın gələcəkdə İrana mümkün zərbə endirmək üçün hazırlıq işləri apardığını yazıb.
Agentliyin məlumatına görə, əməliyyat iyunun 21-22-də keçirilə bilər, lakin onun vaxtının dəyişəcəyi istisna deyil. Planlaşdırmada ABŞ-nin əsas federal agentliklərinin rəhbərliklərinin iştirak etdiyi bildirilir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


